Yeni “iPad” planşeti buraxılıb

Yeni “iPad” planşeti buraxılıb
10:35 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

“Apple” şirkəti yeni “iPad” planşetini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, yeni “iPad” (2019) modeli 3,5 milyon pikselli 10,2 düymlü böyüdülmüş “Retina” ekranı ilə təchiz olunub. Beləliklə, “Apple” aktual planşetlər sırasında 9,7 düymlük ölçüdən imtina edib. Böyüdülmüş displeylə yanaşı, qurğu ilk dəfə 2016-cı ildə “iPhone 7” və “iPhone 7 Plus” smartfonları ilə birgə təqdim edilən dördnüvəli “A10 Fusion” prosessoruna malikdir.

 

Bildirilir ki, “iPadOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet kompüter sisteminin bütün imkanlarını, o cümlədən yeni iş masası, təkmilləşdirilmiş çoxfunksiyalılıq və s. dəstəkləyir.

 

10,2 düymlük “iPad” planşetinin digər texniki xüsusiyyətləri arasında kənar klaviaturanın qoşulması üçün “Smart Connector”, “Apple Pencil” elektron qələm dəstəyi, “Home” düyməsində “Touch ID” barmaq izi skaneri və bir dəfə enerji toplamaqla 10 saatlıq avtonom iş qeyd olunur.

 

Sentyabrın 30-da satışa çıxarılacaq 10,2 düymlük “iPad” planşetinin “Wi-Fi” dəstəkli 32 giqabaytlıq versiyasının qiyməti 428 dollar, “LTE” dəstəkli modifikasiyasının isə 596 dollar təşkil edəcək. Bundan başqa, 128 giqabaytlıq versiyanın qiyməti müvafiq olaraq 535 (Wi-Fi) və 703 dollara (Wi-Fi LTE) bərabər olacaq.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62822-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR