Bukmeker kontorunu reklam edən futbolçuya sərt cəza

Bukmeker kontorunu reklam edən futbolçuya sərt cəza
11:37 11 Sentyabr 2019
68 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Futbol Federasiyası "Everton"un futbolçusu Yerri Minanı cəzalandırıb. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, 24 yaşlı kolumbiyalı futbolçu ölkəsində fəalliyyət göstərən bukmeker kontorunun reklamına çəkilib.

Müdafiəçinin bu addımı cəzasız qalmayıb. İngiltərə Futbol Federasiyası Kolumbiya yığmasının üzvünə 10 min funt-sterlinq cərimə kəsib. Federasiya tərəfindən Minaya ciddi xəbərdarlıq olunub. 

"Everton"un müdafiəçisi daha sərt cəzaya məruz qala bilərmiş. Açıqlamada bildirilir ki, Minanın da iştirakı ilə çəkilən reklam çarxı ispan dilində olub, xəbərdarlıq edilən kimi də dərhal yayımdan qaldırılıb. Üstəlik, futbolçu bu çarxa çəkildiyinə görə heç bir gəlir əldə etməyib, xətasını qəbul edərək dərhal üzr istəyib. Bütün bunlar onun cəzasını yüngülləşdirib.

Kolumbiya yığmasında 20-dən çox oyun keçirən Mina "Everton"a 2018-ci ildə "Barselona"dan transfer olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR