Azərbaycanın 8 bölgəsində Sosial layihələr müsabiqəsi təqdim olunub

Azərbaycanın 8 bölgəsində Sosial layihələr müsabiqəsi təqdim olunub
12:42 11 Sentyabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Sosial layihələr müsabiqəsinin nümayəndə heyəti Azərbaycanın bölgələrinə səfər edib. 
Birlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Sosial layihələr müsabiqəsinin rəhbəri Şahin Seyidzadənin iştirakı ilə Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Ağcabədi, SalyanQubada görüşlər keçirilib. 
Görüşlərdə sözügedən bölgələrdə yaşayan tələbə gənclər təşkilatlarının fəalları, ictimai təşkilatların nümayəndələri, fəal gənclər və könüllülər iştirak ediblər.
Görüşlər zamanı iştirakçılara müsabiqə, onun məqsədləri və faydaları haqqında məlumat verilib, müsabiqədə iştirak imkanlarından bəhs olunub. İştirakçılar müsabiqə haqqında onları maraqlandıran sualları ünvanlayıb, müsabiqə haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, Sosial layihələr müsabiqəsinin nümayəndə heyətinin Azərbaycanın bölgələrinə səfəri davam edəcək. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində (http://musabiqe.riib.az/ ) həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycanin-8-bolgesinde-sosial-layiheler-musabiqesi-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR