Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib
13:32 11 Sentyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabit Mirzəxan oğlu Səmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Mətləb Ağakərim oğlu Kərimov sentyabrın 2-də öz ərizəsi əsasında Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsindən azad olunub. O, 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.


Xəbərin orijinal ünvanı: https://report.az/ask/kurdemir-dovlet-aqrar-i-nkisaf-merkezine-direktor-muavini-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR