Assosiasiya sədri: Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik (FOTO)

Assosiasiya sədri: Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik (FOTO)
13:55 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycana bal idxalının qarşısını almaq niyyətindəyik.

Trend-in məlumatına görə, bunu bu gün Aqrar Tədqiqatlar Mərkəzində, yarmarkaya son hazırlıq işləri, tətbiq ediləcək yeniliklər, arıçıları, eləcə də ictimaiyyəti maraqlandıran digər suallara həsr olunmuş mətbuat konfransında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq ölkə rəhbərliyinə də məktub ünvanlanıb:

“Dünya tərcübəsində belə bir tendensiya var. Daxili istehsal bazarını qorumaq üçün idxala məhdudiyyət qoyulur. Türkiyə və İsrail kimi ölkələr belə bir addım atdıqdan sonra onlarda yerli istehsalda geniş inkişaf müşahidə olundu. Hətta qardaş ölkədə o qədər inkişaf qeydə alındı ki, onlar artıq dünya ikincisidirlər. Əgər biz də bunu edə bilsək, Azərbaycanda arıçılıq sürətlə inkişaf edəcək”.

Sədr qeyd edib ki, bu təklif assosiasiya tərəfindən irəli sürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3117017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR