Filmdə Nazarbayev rolunu oynayan aktyor Qazaxıstan parlamentinin deputatı olub

Filmdə Nazarbayev rolunu oynayan aktyor Qazaxıstan parlamentinin deputatı olub
17:05 11 Sentyabr 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın əməkdar mədəniyyət xadimi, aktyor, müğənni, bəstəkar və televiziya aparıcısı Nurlan Alimjanov sentyabrın 11-də Məclisin (parlamentin aşağı palatası) deputatı kimi and içib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının qərarına əsasən Nurlan Alimjanov partiya siyahısı üzrə parlamentin deputatı olub.

"Nur Otan" partiyasının üzvü olan aktyor "Liderin yolu" (2013) filmində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin rolunu oynadıqdan sonra məşhurluq qazanıb.

Otuz beş yaşlı Alimjanov Məclisin sosial-mədəni inkişaf üzrə daimi komitəsinin tərkibinə seçilib. Ona partiya siyahısı üzrə deputat mandatının verilməsi barədə qərar avqustda "Nur Otan" partiyasının siyasi bürosunun iclasında qəbul edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/785234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR