"Əsla unutmayacağıq" - Trampdan sərt paylaşım

"Əsla unutmayacağıq" - Trampdan sərt paylaşım
17:18 11 Sentyabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

“Əsla unutmayacağıq”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp 11 sentyabr faciəsi ilə bağlı etdiyi paylaşımında qeyd edib.

Tramp 2001-ci ildə Əkiz Qüllələrin partladılması nəticəsində həlak olanlarla bağlı bunları yazıb: “Amerikanın canlı, nəfəs alan hər bir ruhu həmin gün məhv edilən hər bir həyat üçün kədərlə ağladı. Biz onların xatirəsinə göz yaşları tökdük, ruhları qarşısında, sonsuz kədərimizi haqq-ədaləti bərqərar etmək gücünə çevirəcəyimizə dair sədaqət andı içdik”.

Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/289928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR