AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat alıb

AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat alıb
17:27 11 Sentyabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - Fransa oyununda iş başında olacaq. Qarşılaşma oktyabrın 8-də Şimkent şəhərində keçiriləcək. 
Azərbaycanın əsas milli komandasının meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov da təyinat alıb.
O, UEFA Gənclər Liqasında qrup mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununda UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Matç sentyabrın 18-də Zaqrebdəki "Hitrec-Kacijan" stadionunda keçiriləcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-resmileri-beynelxalq-oyunlara-teyinat-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR