UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq
17:43 11 Sentyabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

UNEC-in rektoru, professor Ədalət Muradov I kursa qəbul olan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq.

Universitetdən Trend-ə verilən məlumata görə, rektor canlı yayımda valideynlərin UNEC-dəki tədrisin keyfiyyəti, dərslərin təşkili, tələbələrin savadlı mütəxəssis kimi yetişmələri və uğurlu inkişafı uçun yaradılan imkanlar barədə suallarını cavablandıracaq, təkliflərini dinləyəcək.

Canlı yayım sentyabrın 14-də saat 11:00-da UNEC-in rəsmi Facebook (https://www.facebook.com/uneceduaz/) və İnstagram (https://www.instagram.com/uneceduaz/?hl=tr) səhifələri üzərindən təşkil olunacaq.

Valideynlər sual və təkliflərini canlı yayım zamanı Facebook və İnstagram səhifələrinin rəy bölməsinə yaza bilərlər.

Canlı yayım barədə əlavə məlumat üçün Facebook səhifəsinə yaza və ya (012) 497 58 63 telefon nömrəsinə zəng edə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3117163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR