Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb
17:47 11 Sentyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, 57 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26).
O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-daha-bir-bokscusu-dunya-cempionatina-qelebe-ile-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR