Mariana Vasileva: Azərbaycan gimnastları dünya çempionatında üzərlərinə düşən məsuliyyəti anlayır

Mariana Vasileva: Azərbaycan gimnastları dünya çempionatında üzərlərinə düşən məsuliyyəti anlayır
18:55 11 Sentyabr 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı vacib yarışdır, çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

O bildirib ki, çempionatda 61 ölkədən 300-dən çox gimnast çıxış edəcək:

“Azərbaycanı yarışda 9 idmançı – fərdi proqramda liderlərimiz Zöhrə Ağamirova və Veronika Qudis, eləcə də gənc gimnastlar Yelizaveta Luzan və Məryəm Səfərova təmsil edəcək. Qrup hərəkətlərdə komandanın tərkibinə Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina daxildir. Yarışlar lisenziya xarakteri daşıdığı üçün bütün gimnastlar həyəcanlıdır. Əslində onların həyəncanlanmağı məni sevindirir, çünki yarışın ciddiliyini və bütün məsuliyyətini anlayırlar. Nəticəyə gəldikdə isə, əvvəlcədən deyə bilmərəm. Əsas odur ki, biz yaxşı çıxış edək”.

Baş məşqçi qeyd edib ki, idmançıların yerinə yetirəcəyi proqramı bütün mövsüm işləyiblər:

“Yeni nömrə yalnız Müslüm Maqomayevin ifasında “O more, more” mahnısı altında lentlə hərəkətlərdə Veronika Qudisdədir. Yeri gəlmişkən, mütəxəssislər Minskdə onun ilk çıxışına baxanda proqramı çox bəyəndiklərini deyiblər. Çempionatda Zöhrə Ağamirova və Veronika Qudis dörd alətlə hərəkətlərdə, Yelizaveta Luzan gürzlərlə hərəkətlərdə və zədəli Fatimə Əkbərovanı gözlənilmədən əvəz etmiş Məryəm Səfərova lentlə hərəkətlərdə çıxış edəcək”.

Dünya çempionatının açılış mərasimindən danışan M.Vasileva qeyd edib ki, mərasimdə 200 gimnast iştirak edəcək:

“Şou “Şərq nağılı” adlanır. Bütün tamaşaçıları mərasimə və yarışa baxmağa dəvət edirəm. Hər kəsi sentyabrın 16-22-də Milli Gimnastika Arenasında gözləyirik!”

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3117232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR