Messi ÇL-in ilk oyununu buraxa bilər

Avqustda məşq zamanı zədələnən "Barselona"nın futbolçusu Lionel Messinin bərpa prosesi ləngiyir.

Metbuat.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 32 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Borussiya" (Dortmund) ilə oyunu böyük ehtimalla buraxacaq. Onun sözgedən görüşə kimi hazır olmayacağı gözlənilir.

Qeyd edək ki, "Borussiya" - "Barselona" matçı sentyabrın 17-i keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR