Azərbaycanlı para cüdoçulara anti-dopinq təlimi keçirildi

Azərbaycanlı para cüdoçulara anti-dopinq təlimi keçirildi
19:52 11 Sentyabr 2019
60 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın cüdo üzrə oğlanlardan və qızlardan ibarət paralimpiya yığma komandalarına anti-dopinq təlimi keçirilib.

Milli.Az xəbər verir ki, təlim bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin ofisində baş tutub. Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təlimlər üzrə meneceri Lalə Hacıyeva idmançıları dopinqlə bağlı maarifləndirib. İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Daha sonra AMADA-nın əməkdaşlarını MPK prezidenti İlqar Rəhimov qəbul edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR