Makron və Ruhani arasında telefon danışıqları keçirilib

Makron və Ruhani arasında telefon danışıqları keçirilib
22:36 11 Sentyabr 2019
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehranın nüvə sazişi öhdəliklərinin azaldılmasının üçüncü mərhələsindən sonra ilk telefon danışığını keçiriblər.

Trend-in məlumatına görə, bu barədə İran prezidentinin saytında yayıldığı məlumatda bildirilir.

Ruhani Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Fransa prezidenti Parisin işlərini bu istiqamətdə davam etdirdiyini deyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3117260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR