Böyük Britaniyada milyondan çox insan "Disney" qəhrəmanlarının adını daşıyır

Böyük Britaniyada milyondan çox insan "Disney" qəhrəmanlarının adını daşıyır
23:47 11 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada milyondan çox insan "Disney" qəhrəmanlarının adını daşıyır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Florida4Less" turizm şirkəti tərəfindən aparılan və "Mirror" səhifələrində dərc edilən tədqiqatda bildirilir.

Ən məşhur ad - Jasmindir. Bu, eyniadlı animasiya filminin qəhrəmanı Ələddinin rəfiqəsi və şahzadənin adıdır. Ardınca Reks adı gəlir, "Oyuncaqların tarixi" filmindən oyuncaq dinozavrın adıdır, üçüncü yerdə isə "Gözəl və Qulyabanı" filminin baş qəhrəmanı Bell adıdır.

Şirkət Cessi ("Oyuncaqların tarixi 2"), Minni (Mikki Mausun rəfiqəsi), Tiana ("Şahzadə və qurbağa"), Elza ("Soyuq ürək"), Vudi ("Oyuncaqların tarixi"), Ariel ("Su pərisi") və Nala ("Kral Aslan") adlarını da siyahıya daxil edib.

Tədqiqatçılar, həmçinin qeyri-adi adların daha çox atalar tərəfindən qoyulduğunu müəyyən ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR