XİN-nin mətbuat katibi Hami Aksoyla görüşdü - FOTO

XİN-nin mətbuat katibi Hami Aksoyla görüşdü - FOTO
08:03 12 Sentyabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibliyi ilə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibliyi arasında məsləhətləşmələr keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində məlumat verib.

İclasda ölkəmizi Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva, Türkiyə tərəfini isə bu ölkənin XİN mətbuat katibi Hami Aksoy təmsil edib.

Görüşdə katibliklər arasında əməkdaşlıq imkanları və birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edilib. Eyni zamanda tərəflər arasında mübadilənin davamlı olması barədə razılıq əldə olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/289965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR