İlk “Redmi” televizoru satışa çıxarılır

İlk “Redmi” televizoru satışa çıxarılır
08:22 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu gün Çində avqustun sonunda "Redmi Note 8" və "Redmi Note 8 Pro" smartfonları ilə birgə təqdim edilən "Redmi TV" "ağıllı" televizoru satışa çıxarılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, bir müddət əvvəl "Xiaomi" şirkətinin vitse-prezidenti və "Redmi" brendinin rəhbəri Lu Veybinq ilk "Redmi TV" televizorunun 70 düymlük daxili televizorlar bazarının həcmini iki dəfə artıracağını təsdiq edib. Çində hər ay bu diaqonallı 30 minə yaxın televizor satılır.

Bildirilir ki, ilk "ağıllı" "Redmi" televizoruna tələbat çox böyükdür. Şirkət indiyədək mağazalara mümkün qədər çox televizor tədarük etmək üçün səylərini əsirgəməyib.

"Redmi TV" 1,5 QHs takt tezlikli dördnüvəli x64 arxitekturalı "Amlogic" prosessoru və 750 QHs takt tezlikli "Mali-450 MP3" qrafik prosessoru ilə təchiz edilib. Qurğunun operativ yaddaş tutumu 2 giqabayt, quraşdırılmış yaddaşı isə 16 giqabayt təşkil edir.

İlk "Redmi" televizorunun qiyməti 530 dollara bərabərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/784915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR