Bu ilin ilk 9 ayında Azərbaycanda əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

Bu ilin ilk 9 ayında Azərbaycanda əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
12:07 12 Sentyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 627,2 milyon manat vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 66,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Ümumi sərmayənin 64,3%-i məhsul istehsalı sahələrinə, 26,0%-i xidmət sahələrinə, 9,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9%, büdcə vəsaitləri 27,7%, bank kreditləri 7,8%, əhalinin şəxsi vəsaitləri 6,7%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,3% təşkil edib.
8 ay ərzində Bakıda şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda “Azərxalça” ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan MR-da 1 170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.       


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bu-ilin-ilk-9-ayinda-azerbaycanda-esas-kapitala-9-milyard-manata-yaxin-vesait-yoneldilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR