Cennifer Lopez bu iddialar qarşısında göz yaşlarını saxlaya bilmədi

İlin ən iddialı layihələrindən olan "Hustlers" filminin baş rolunda oynayan Ceniffer Lopez Oskarın ən güclü namizədlərindən biri olaraq göstərilir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, "Wall Street"dəki köhnə striptiz klubu işçilərinin başlarına gələn həqiqi hadisələrdən bəhs edən film 44-cü Beynəlxalq Totonto Film festivalında ilk dəfə göstərilib.

İlk təqdimatdan sonra Ceniffer Lopezin "Hustlers"dəki performansı ilə Oskara namizəd ola biləcəyi iddiaları sürətlə yayılaraq gündəmə düşüb. Ötən gün bir radio proqramına qonaq olan Lopez proqramçının Oskar iddiaları qarşısında göz yaşlarını saxlaya bilməyib.

O, iddialar qarşısında "Bütün həyatınız boyu çox çalışırsınız, daha sonra isə bütün bunları görən biri varmı deyə sizə maraqlı gəlir. Kiçik bir qız olarkən Oskara sahib olmaq üçün xəyallar qurursunuz. Sadəcə bir iddia olsa da, adımın keçməsi də sevindiricidir. Bundan başqa insanların bunun yaxşı olduğunu deməsi də qürur vericidir" sözlərini deyib.

https://metbuat.az/news/1252887/meshur-idmanci-6-il-sonra.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR