Evlərindən bank kartlarını oğurlayan 17 yaşlı qızın ŞOK PLANI ÜZƏ ÇIXDI - FOTO

Evlərindən bank kartlarını oğurlayan 17 yaşlı qızın ŞOK PLANI ÜZƏ ÇIXDI - FOTO
12:57 12 Sentyabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da valideyinlərinin bank kartlarını oğurladığı üçün polislər tərəfindən saxlanılan 17 yaşlı gənc qızın şok planı üzə çıxıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatında yaşayan 17 yaşlı Alyssa Hatcher adlı gənc qızın evlərindən oğurladığı bank kartlarından çıxartdığı pulla ana-atasını öldürtmək üçün casus tutduğu ortaya çıxıb.

Rəfiqəsinin polisə verdiyi ifadəyə görə, Alyssa iki tanışına külli miqdarda pul verərək valideynlərini öldürmələrini istəyib.

Bank hesablarından ilk dəfə 503 dollar, ikinci dəfə isə 926 dollar çəkdiyi təsdiqini tapan Alyssanın pulları hara xərclədiyi məlum olub.

17 yaşlı qızın ilk çəkdiyi 503 dolların 100 doları ilə narkotik vasitə aldığı, qalan 400 dolları isə ana-atasını öldürəcək şəxsi tapmaq üçün bir tanışına verdiyi aydın olub.

Alyssa iyrənc planını etiraf edib. İstintaq gedir.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/785475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR