Orxan Məmmədov: "Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir"

Orxan Məmmədov: "Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir"
13:22 12 Sentyabr 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

"Son zamanlar Azərbaycanda qadın və əlil sahibkarlara çox böyük dəstək verilir".
“Report”un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, KOBİA da bu sahəyə çox böyük diqqət yetirir: “Hesab edirik ki, həm qadınlar, həm də əlillər məşğulluqda öz yerini tutmalıdırlar”.
O. Məmmədov bildirib ki, qadın sahibkarlar çox aktivdir və onlar öz məhsullarını sərgilərdə nümayiş etdirə bilirlər: “Onların bir problemi var ki, o da məhsullarını geniş kütləyə nümayiş etdirə bilməməsidir. Bu halda KOBİA onların məhsullarını təşviq etməyə kömək göstərəcək”. 
50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur. 
KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/kobi-a-nin-rehberi-qadin-sahibkarlarin-problemlerinden-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR