Bəxtiyar Məmmədov: “Hazırda Bakı metropolitenində 25 artıq vaqon var”

Bəxtiyar Məmmədov: “Hazırda Bakı metropolitenində 25 artıq vaqon var”
14:07 12 Sentyabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Hazırda Bakı metropolitenində 315 vaqon var, amma normalda 295 olmalıdır. 
"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, artıq 25 vaqon doğranaraq silinəcək: “Silinmə prosesi özlüyündə mürəkkəbdir. Yəni vaqon istismar müddətini başa vurdusa onu çıxarıb atmaq olmur. O rəsmən sənədləşməlidir və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi baxış keçirməlidir. Keçən il istismardan çıxarılan vaqonlar silinib, bu il təzə gələn 30 vaqonun əvəz etdiyi köhnələrin isə silinməsi prosesi başlanıb. Həmçinin onu da qeyd edim ki, vaqon yalnız xammal şəklində metal qəbulu məntəqələrinə verilir”.
Metro sözçüsü əlavə edib ki, köhnə vaqonlardan bəziləri muzey üçün saxlanılacaq: “Beynəlxalq praktikaya nəzər salsaq görərik ki, köhnə vaqonlardan maraqlı məqsədlər üçün istifadə edilir. Məsələn, Buones-Ayresdə 100 il istifadə edilən vaqonları şəhərdə kitabxana kimi istifadə ediblər. Bizdə isə 81-714/717 seriyalı vaqonlardan biri muzey üçün saxlanacaq. Hələlik muzeyimiz yoxdur, vaqonlar depoda saxlanılır”.
B.Məmmədov qeyd edib ki, tezliklə “Bakı Metropoliteni“nin Təlim-Tədris Mərkəzi fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bextiyar-memmedov-hazirda-metroda-25-artiq-vaqon-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR