Universitetə yüksək balla daxil olan internat məzunları - Onları siz də tanıyın - FOTO

Universitetə yüksək balla daxil olan internat məzunları - Onları siz də tanıyın - FOTO
14:17 12 Sentyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu il internat tipli məktəbləri bitirən və 600-dən yüksək bal toplayan 11 məzun olub. 

İnternat tipli məktəb məzunları arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. O, 670.8 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.

Universitetə daxil olan internat tipli məktəblərin məzunlardan bəziləri saytımıza danışıb. 

K.Ağayev adına Biləsuvar şəhər internat tipli texniki fənlər təmayüllü liseyin şagirdi Teynurov Raqif Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. 

O deyir ki, məktəbdə müəllimlərin dəstəyilə universitetə hazırlaşıb:

"Mən X və XI sinifdən dərslərimi oxumuşam. Elə universitetə də bu iki il ərzində hazırlaşmışam. Ailəmizdəki çətinliyə görə bəzi fənlər üzrə repetitor yanına hazırlığa getmişəm. Xarici dil fənni üzrə isə evdə hazırlaşmışam.

Hədəfim universitetə daxil olmaq idi. Onun üçün iki il ancaq dərs oxumuşam. Nəticədə, 625.9 bal toplamışam".

Qeyd edək ki, Teymurov Raqif Biləsuvar rayonu üzrə ən yüksək bal toplamış şagirdir. 

Digər məzun Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın şagirdi Şirəliyeva Mehriban isə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. 

Məzun deyir ki, o, üç aylıq olanda atası vəfat edib:

"Atam ürək tutmasından vəfat etdikdən sonra anam təkbaşına işləyib və mənə baxıb. Anam işlədiyi üçün təhsil almaq üçün məni internata qoyub. Universitetə də orada hazırlaşmışam".

Məzunlar arasında Ağdaş rayonu M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu və imtahanda 648.6 bal toplayan Nuranə Hüseynova da var. O Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/785502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR