"Qarabağ" azarkeşləri UEFA-nın hesabatında birinci yerdə qərarlaşıblar

"Qarabağ" azarkeşləri UEFA-nın hesabatında birinci yerdə qərarlaşıblar
14:52 12 Sentyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşlərinin ən aktiv olduğu klubun adını açıqlayıb.
“Report” xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubudur. Ağdam komandasının izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə SerbiyaSrvena Zvezda”sı dayanır. Hollandiyanın “Ayaks” klubu isə 3-cü sıradadır.
Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi “Real Madrid”dir – 222 milyon.
Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klubun ümumilikdə 8,4 milayrd izləyicisi var.
Qeyd edək ki, hesabat hazırlanarkən, “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”də bu ilin iyul ayı üçün göstəricilər nəzərə alınıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-azarkesleri-uefa-nin-hesabatinda-birinci-yerde-qerarlasiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR