Fuad Nağıyev: “İşğal olunmuş ərazilərin turizm təbliğatı qətiyyən yolverilməzdir”.

Fuad Nağıyev: “İşğal olunmuş ərazilərin turizm təbliğatı qətiyyən yolverilməzdir”.
14:57 12 Sentyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

“İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir”.
“Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb. 
Turizmdə etik normaların vacibliyindən danışan Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.
Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir, bu halların qarşısı alınmalıdır. 
Xatırladaq ki, sentyabrın 9-da Sankt-Peterburqda şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.


Xəbərin orijinal ünvanı: https://report.az/turizm/fuad-nagiyev-i-sgal-olunmus-erazilerin-turizm-tebligati-qetiyyen-yolverilmezdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR