Aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və ləvazimatları verilib

Aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və ləvazimatları verilib
15:52 12 Sentyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin inzibati binasında Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Baş İdarə tərəfindən 2019-2020-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə məktəbə gedən bütün uşaqları Gənclər və İdman naziri cənab Azad Rəhimov adından salamlayıb, onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb.
BŞGİBİ-nin rəhbəri bildirib ki, bu cür tədbirlər artıq ənənə halını alıb. Tədbirin məqsədi Prezident İlham Əliyevin dövlət gənclər siyasəti ilə bağlı "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası və sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılmasından ibarətdir, uşaqların hər sahədə inkişafını təmin etmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Çıxışdan sonra paytaxtin 11 inzibati rayonunu təmsil edən ilk dəfə məktəbə gedəcək uşaqlara məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edilib.Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə ediblər. Sonda bütün tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azteminatli-ailelerden-olan-usaqlara-mektebli-cantasi-ve-levazimatlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR