Dəhşət! İki yaşlı körpə anasının ölümünə səbəb oldu

Belarusiyanın Staroe Selo bölgəsində ailəsi və dostları ilə birlikdə doğum gününü qeyd edən 21 yaşlı Yulia Sharkom faciəvi qəza nəticəsində həyatını itirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, gənc ana 2 yaşlı uşağını avtomobilinin oturacağından yarı açılmış pencərədən götürmək istəyərkən uşaq pencərənin bağlama düyməsinə basıb. Boynu pencərədə sıxışan qadın boğulub. Həyat yoldaşı Artur Sharkom qəzadan sonra qadını huşunu itirmiş vəziyyətdə tapıb.

Həyat yoldaşını xilas etmək üçün şüşəni qıran adam onu xəstəxanaya çatdırıb. Boğulma nəticəsində beyin zədələnməsi baş verən qadın müalicə olunduğu xəstəxanada 8 gün sonra həyatını itirib.

https://metbuat.az/news/1253273/cennifer-lopez-bu-iddialar-qarsisinda-goz-yaslarini.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR