"Hərbi əməliyyatlardan başqa seçim qalmadı" - Benyamin Netanyahudan Qəzza açıqlaması

İsrail Baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putin ilə görüşdən öncə son günlərdə Qəzza ilə İsrail arasında artan gərginliklə bağlı açıqlamalar verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İsrailin hazır olduqda Qəzzaya qarşı hərbi əməliyyatlar keçirəcəyini bildirən Netanyahu deyib ki, belə görünür ki, geniş miqyaslı hərbi əməliyyatlar keçirməkdən başqa seçim qalmayıb.

Netanyahunun ölkənin şimalındakı Aşdod bölgəsində keçirdiyi seçim mitinqi sırasında Qəzzadan İsrailə 2 raket atılmışdı. Bu səbəbdən Netanyahu nitqini yarıda kəsərək kürsüdən bir müddətlik ayrılmışdı. İsrail ordusu isə həmin raketlərə qarşılıq olaraq dünən səhər saatlarında Qəzzada 15 nöqtəyə hava hücumu təşkil edəcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR