"HTC" şirkəti yeni 3D dəstinin satışa çıxacağı tarixi açıqladı - VİDEO

"HTC" şirkəti kompüter dəstəkli virtual reallıq dəsti "Vive Cosmos VR"-i gələn ay satışa çıxaracağını açıqlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, şirkətin bu ilin əvvəlində tanıtımını keçirdiyi virtual reallıq eynəklərinin son versiyası olan "Vive Cosmos VR" xarixi sensora ehtiyac duymur, tamamilə öz sensorları ilə işləyir. Bu dəst eyni zamanda 2800x1700 həcmə, 110 dərəcəlik görüş bucağına və 90hz yenilənmə surətinə sahib bir "LCD" panelə sahibdir.

"HTC" şirkəti bu versiya ilə bərabər virtual reallıq texnologiyasına yeniliklər gətirmiş olur. "Vive Cosmos VR" tamamilə çıxarmadan - sadəcə gözlük hissəsi yuxarı qaldırılaraq dayandırıla bilir. Versiyanın gözəçarpan özəlliklərindən biri budur ki, istifadəçinin istəklərinə görə özəlləşdirilə bilən ön panelə sahibdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR