Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi

Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi
17:22 12 Sentyabr 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı dairəvi yolunda baş verən qəzada xəsarət alan 23 yaşlı şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, o, 1996-cı il təvəllüdlü Əzimova Elnarə Telman qızıdır. Hadisə yerində xəsarət alan qız təcili yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, E.Əzimova qapalı kəllə beyin travması, beynin silkələnməsi və sol bud çanaq nahiyəsinin əzilməsi xəsarətləri alıb. Gənc qız həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.

Xatırladaq ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirib və nəticədə yolun kənarındakı dəmir hasara çırpılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3117716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR