Radioaktiv maddələrlə çirklənən 1 milyon ton su okeana buraxılır

Yaponiyada 2011-ci ilin martında 9 bal gücündə baş verən zəlzələ dalğa hündürlüyü 40 metrə çatan sunamiyə səbəb olmuşdu. Ölkə tarixində ən böyük zəlzələ olan fəlakətin ardından baş verən sunami Yaponiyanın "Fukushima" Atom Elektrik Stansiyasında partlayışlara səbəb olmuşdu.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sunami fəlakətinin ardından nüvə stansiyasında radioaktiv maddələr tərəfindən çirklənmiş 1 milyon tondan çox su mövcuddur. Bu suyun 2 qaynağı var: Biri, sunami səbəbi ilə qızan reaktorları soyutmaq üçün istifadə olunan sudur, digəri isə, reaktorların altına sızan yeraltı suların radioaktiv maddələrlə qarışması nəticəsində yaranan su.

Nüvə stansiyasında hal-hazırda bu çirkli suları depolayan min ədəd qapalı su tankı var. Lakin, stansiyada çirkli su toplanmağa davam edir və artıq tankların çirkli suyu saxlamaq üçün yetərli olmayacağı düşünülür. Yaponiyanın Ekologiya naziri Yoşiaki Harada 2022-ci ildə tək seçimin çirkli suyun okeana buraxmaq olacağını açıqlayıb. Ancaq, Yaponiya höküməti son qərarı vermək üçün mütəxəssislərin keçirəcəyi bir toplantını gözləyir.

Digər mütəxəssislərə görə, suyun okeana buraxılması tək seçim deyil. Belə ki, suyu filtrdən keçirərək radioaktiv maddələrdən təmizləməyin mümkün olduğu düşünülür. Lakin bu üsul Yaponiya höküməti üçün bahalı filtrlərin istehsalı deməkdir. Yaponiya İqtisadi Araşdırma Mərkəzi çirkli suyun təmizlənməsinin 660 milyard dollara başa gələcəyini təxmin edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR