Dünyanın ən yaxşı 500 universitetinin siyahısı açıqlandı

Dünyanın ən yaxşı 500 universitetinin siyahısı açıqlanıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Times Higher Education" (THE) tərəfindən hazırlanan araşdırmada təhsil ocaqlarının elmi araşdırmaları, beynəlxalq çalışma və mövqeləri, gəlirlərindəki artım daxil olmaqla 13 nüans əsas götürülüb.

Siyahının zirvəsində 4 ildir ardıcıl olduğu kimi İngiltərədəki Oksford Universiteti yer alıb. 2-ci yerdə isə ABŞ-ın kaliforniya Texnologiya İnstitutu (CalTECH), 3-cü yerdə Kembric Universiteti qərarlaşıb.

92 ölkədən 1400 universitetin olduğu siyahıda ingilis universitetlərinin reytinqində geriləmə müşahidə edilib. ABŞ isə hələ də ən prestijli universitetlərin məkanı olaraq qalıb. Siyahıda ABŞ 60, İngiltərə 28, Almaniya 23 qurumla təmsil olunub. Türkiyədən isə 500 universitet arasında 2 universitet yer alıb, ümumi siyahıda isə 34 türk universiteti var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR