"İnstagram"dan "TikTok"a rəqib olacaq funksiya gəlir

Tanınmış proqram araşdırmacısı Ceyn Mançun Vonq "İnstagram"ın üzərində çalışdığı yeni bir özəlliyi "Tvitter" hesabından paylaşıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Vonqun açıqlamalarına görə, yeni özəllik istifadəçilərə "Story" paylaşımları üzərindən "TikTok" proqramına bənzər bir funksiya təqdim edəcək.

Bu özəllik sayəsində "İnstagram" istifadəçiləri eynən "TikTok"da olduğu kimi bir video çəkərək arxa plana səs əlavə edə və vudeonun surətini ayarlaya biləcəklər. Vonqun açıqlamasına görə, iyul ayından bəri "İnstagram"ın üzərində çalışdığı yeni funksiya "Clips" adı ilə yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR