Prezidentin açıqlaması Merkeli qorxuya saldı: Paytaxta təcili zəng

Prezidentin açıqlaması Merkeli qorxuya saldı: Paytaxta təcili zəng
18:23 12 Sentyabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaçqınların Avropa ölkələrinə keçə bilməsi üçün sərhəd qapılarını aça biləcəyinə dair açıqlama verməsi Almaniya kansleri Angela Merkeli qorxudub.

Publika.az xəbər verir ki, Merkel təcili Ərdoğana zəng edib.

Bu barədə Almaniya hökuməti informasiya yayıb. Bildirilib ki, liderlər telefon danışığında Suriyadan gələn qaçqınların vəziyyəti haqqında müzakirə aparıb. Həmçinin, Suriya və Liviya kimi dünya gündəmindəki mövzular haqqında fikir mübadiləsi aparılıb, Egey dənizi ətrafındakı qaçqınlarla bağlı Türkiyə-Avropa İttifaqı razılaşması çərçivəsində necə bir əməkdaşlıq ediləcəyi məsələsinə baxılıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/290041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR