Milli Paralimpiya Komitəsinin prezidenti Belçikanın səfiri ilə görüşdü

Milli Paralimpiya Komitəsinin prezidenti Belçikanın səfiri ilə görüşdü
18:27 12 Sentyabr 2019
74 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilə görüşüb. MPK-nın ofisində baş tutan görüşdə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin də iştirak edib.

Milli.Az xəbər verir ki, görüşdə MPK prezidenti İlqar Rəhimov qonağa komitənin fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verib. O qeyd edib ki, paralimpiya əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması üçün ən uğurlu vasitələrdən biridir.

İ.Rəhimovun sözlərinə görə, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq 7 paralimpiya çempionumuz var.

Komitə prezidenti Azərbaycanda əlilliyi olan uşaqların da idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını da qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər.

Səfiri Bert Şufs da öz növbəsində ölkəsinin paralimpiya dəyərlərinə önəm verdiyini bildirib. O, uşaq paralimpiya komitəsinin fəaliyyətini maraqla qarşılayıb. O, həmçinin Azərbaycanda uşaq paralimpiya hərəkatının yaradılmasının ölkəsində də marağa səbəb olacağını qeyd edib.

Tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR