Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə üç medal qazanıb

Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə üç medal qazanıb
18:52 12 Sentyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Finlandiyanın Vantaa şəhərində keçirilən cüdo üzrə gənclərin Avropa çempionatı start götürüb.
"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulub. 60 kq-da yarışan Rövşən Əliyev gümüş, Əhməd Yusifov isə bürünc medal qazanıb.
66 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Azərbaycanın iki cüdoçusu üz-üzə gəlib. İbrahim Əliyev üçüncü yer uğrunda qarşılaşmada Davud Abbaslını məğlub edib.
Qadın cüdoçulardan isə Şəfəq Həmidova, Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) medal qazana bilməyiblər.
Beləliklə, Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə 3 medal qazanıblar. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/cudocularimiz-avropa-cempionatinin-ilk-gununde-uc-medal-qazandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR