Azərbaycan boksçusu dünya çempionatında məğlub oldu

Azərbaycan boksçusu dünya çempionatında məğlub oldu
19:17 12 Sentyabr 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

Boks üzrə Azərbaycan millisinin daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 63 kq çəki dərəcəsindəki Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib. 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olan Qazıbəyov mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatının əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR