Uşaqlara həsr olunan poçt məhsulları tədavülə buraxılıb

Uşaqlara həsr olunan poçt məhsulları tədavülə buraxılıb
19:29 12 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Serbiya milli poçt xidməti “Məktəbəqədər fəaliyyətin 100 illiyi” və “Uşaq günləri” adlı poçt məhsullarını tədavülə buraxıb.

Trend-in məlumatına görə, poçt məhsulu 42х37,7 mm ölçülərində hazırlanan 4 markadan və zərfdən ibarətdir. Markaların tiraji 25 min nüsxə təşkil edir. Poçt vərəqində 16 marka təsvir olunub və Belqrad şəhərinin “Uşaq günü” adlı məktəbəqədər müəssisəsinin uşaqlarının rəsmləri öz əksini tapıb. Bu maraqlı poçt markalarının nominal dəyərləri 27.00 dinardır. Layihənin dizaynı Nadejda Skoçayiça məxsusdur.

Qeyd edək ki, Belqradda ilk uşaq günü 28 iyun 1919-cu ildə qeyd olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/interestingly/3117718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR