Heyva turşusu - Usta öz sirlərini açır - VİDEO

Heyva turşusu - Usta öz sirlərini açır - VİDEO
19:32 12 Sentyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az Lent.az-a istinadən növbəti maraqlı resepti oxucularına təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "EV YEMEKLERİ" adı ilə məşhur olan səhifəyə istinadla heyva turşusunun resepti ilə tanış edəcəyik.

Tərkibi:

1 kiloqram heyva, quru şüyüd çubuğu, sarımsaq, sirkə, duz

Hazırlanma qaydası:

Heyvaları yuyuruq, dilimlərə ayırıb, içini təmizləyirik. Sonra strelizə olunmuş butulkaya sarımsaq, şüyüd çubuğu və dilimlənmiş heyva atırıq. Hər butulkaya 1 çay qaşığı yarım duz əlavə edirik. Suyu qaynadıb butulkaları doldururuq. Sonra qazana isti su töküb butulkaları yerləşdirik. Turşunu 15 dəqiqə qaynadıb içərisinə 1 çay qaşığı sirkə əlavə edirik. Sonra qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq.

Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/kilinariya/785614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR