İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"

İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
20:12 12 Sentyabr 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan ən yüksək səviyyədə idman tədbirlərinin keçirilməsi üçün bütün lazımi infrastruktura malikdir".
"Report" TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin köməkçisi İqor Levitin "Rusiya idman ölkəsidir" formuna həsr olunan mətbuat konfransında deyib.
O, Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı barədə də danışıb: "Azərbaycan böyük miqyaslı yarışları ən üst səviyyədə təşkil edən ölkədir. Dünya çempionatı da Bakıda keçiriləcək. İştirakçılarımız təşkilatçılığı, qonaqpərvərliyi, gözəl hava limanını və şəhəri tərifləyirlər. Şəhər lazımi infrastrukturla təmin olunub. Mən də idmançı dostlarım kimi Azərbaycana həvəslə gəlirəm. Azərbaycan böyük tədbirlərə necə ev sahibliyi edəcəyini bilir. Hətta "Formula 1"i şəhərdə keçirməyi bacarıb. Bunu nadir hallarda görə bilərsiniz, maraqlı idi. Azərbaycanda idman çox inkişaf edib".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatı 16 - 22 sentyabrda təşkil olunacaq. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-qor-levitin-azerbaycanda-idman-cox-inkisaf-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR