Şəkidə 68 yaşlı psixi xəstə evində ölü tapıldı

Şəkidə 68 yaşlı psixi xəstə evində ölü tapıldı
20:43 12 Sentyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Şəkidə evdə meyit tapılıb.

Trend-in məlumatına görə, hadisə Şəki şəhəri, 20-ci rayon, S.Eldarov küçəsi, dalan 2, ev 23-də baş verib.

Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Hüseynov Tahir Bünyamin oğlunun meyiti yaşadığı evdən tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Hüseynov "Altsheymer xəstəliyi, qeyri-müəyyən mənşəli psixoorqanik sindrom" xəstəliyindən əziyyət çəkirmiş və o, evində ürək çatışmazlığından dünyasını dəyişib.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3117698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR