“Mercedes” Okonu uzaqlaşdırmağı planlaşdırır

“Mercedes” Okonu uzaqlaşdırmağı planlaşdırır
21:22 12 Sentyabr 2019
76 İdman
Ölkə mətbuatı
A- A+

"Mercedes"in rəhbəri Toto Volf Esteban Okonu komanda ilə işlərdən tədricən uzaqlaşdırmağı planlaşdırır. Xatırladaq ki, gələn mövsümdən Okon ikiillik müqavilə bağladığı "Renault" komandasına keçir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "GPBlog" Toto Volfun bu sözlərini sitat gətirir: "Biz ötən həftə Estebanla onun "Mercedes"dəki vəzifəsində nə vaxtadək qalacağını müzakirə etdik. Mən ona dedim ki, o, komandada nə qədər çox qalsa, özü ilə bir o qədər çox məlumat aparacaq. O, bununla razılaşdı. O, simulyatorda işləyir. Bu, bolidin inkişafında mühüm rol oynayır. Lakin Esteban gələcəyə, gələn ilin bolidinə və digər vəziyyətlərə aid olan görüşlərdə getdikcə daha az iştirak edəcək".

2019-cu il mövsümünü Okon "Mercedes"in ehtiyat pilotu statusunda keçirir. Bu, ötən mövsümün sonunda onun "Force India"/"Racing Point" komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/785660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR