Xələfovdan Paşinyana SƏRT XƏBƏRDARLIQ: Müharibəyə təhrik edən...

Xələfovdan Paşinyana SƏRT XƏBƏRDARLIQ: Müharibəyə təhrik edən...
21:33 12 Sentyabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir".

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı bildirib.

“Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəyini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini daha sonra qeyd edib: “Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq” (Report).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/290058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR