Metro istifadəçilərinə ŞAD XƏBƏR - Bundan sonra... - FOTOLAR

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyasının alternativ enerji ilə təmin edilməsi üçün yaratdığı dizel elektrik stansiyalarında tamamlanma işləri görülür.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq bununla bağlı "Azərişıq" ASC-nin 10 yarımstansiyasında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generator quraşdırılıb: "Generatorlar "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkətindən alınıb. Artıq stansiyalar demək olar ki, istifadəyə tam hazırdır. Generatorların sazlanması işləri də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda stansiyalar mərkəzləşdirilmiş idarəetməyə qoşulacaq və istifadəyə veriləcək. Deyə bilərəm ki, artıq baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də heç bir problem yaranmayacaq. Əgər belə bir hadiisə baş verərsə, həmin dizel stansiyaları avtomatik olaraq qoşulacaq".

H.Məmmədov bildirib ki, hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası (B-3) ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək:

"Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR