ABŞ-da namizədlər arasında canlı yayımda skandal - "8 il Obama ilə yan-yana..."

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşan demokrat namizədlər 3-cü dəfə canlı yayımda üz-üzə gəliblər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu dəfə səhiyyə sistemi, miqrasiya qanunu və keçmiş prezident Barak Obamanın mirası haqqındakı mövzular gündəmə damğa vurub. "ABC" kanalından canlı yayımlanan debata ilk üç sırada yer alan keçmiş prezident köməkçisi Co Bayden, Vermont senatoru Berni Sanders və Massaçusets senatoru Elizabet Varren də qatılıb. Ümumilikdə debatda 10 namizəd iştirak edib.

Sandersin təklislərini "sosialist" adlandıran Bayden deyib ki, mən 8 il boyunca yaxşı və pis günündə Barak Obama ilə yan-yana dayandım. Bütün namizədlərin Tramp yönlü fikirlər səsləndirdiyi debatda Bayden Obama höküməti dövründə etdikləri bir çox işin hələ də dəyərli və önəmli olduğunu müdafiə edib. Onun bu fikirlərinə cavab verən Sanders isə Obama zamanında çıxarılan "Obamacare" qanunu üzündən milyonlarla amerikalının batdığını və bunun hesabını Baydenin verməli olduğunu qeyd edib. Bundan sonra debatda daha çox tibbi sığorta və miqrantların ölkəyə hansı kriteriyalara görə alınacağı olub.

Eyni zamanda debatda ABŞ-da son zamanlarda baş verən silahlı hücumlar danışılıb. Namizəd Orourk vəd verib ki, o seçilərsə, AR-15 və AK-47 tipli silahları əhalidən yığışdırılacaq. Onun bu vədi qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, 20 namizədin mübarizə apardığı "Demokrat Partiyası"nda Bayden liderdir. ABŞ-da 59-cu prezident seçkiləri gələn il 3 noyabrda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR