"Ağ Ev" sözcüsü İranın Əsəd rejiminə neft satdığını iddia etdi - "Sübutumuz olmasa, deməzdim"

ABŞ İrana aid "Adrian Darya 1" neft tankerinin Suriyaya neft daşıdığına dair sübutlarının olduğunu bildirib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Ağ Ev" sözcüsü Morqan Ortafus deyib ki, Tehran rejimi Suriyaya neft daşıyır. Bu yöndə bir sübut olub olmadığı sualına isə "Sübut olmasaydı, bunları deməzdim" deyə cavab verib.

İngiltərə də keçən həftə İranın "Adrian Dary 1" tankeri ilə Şam rejiminə neft satdığını iddia etmişdi. İranın İngiltərə səfiri də "Tvtter" üzərindən məsələyə dair açıqlama vermiş və qeyd etmişdi ki, neftin hər hansı bir ölkəyə aid olmayan açıq dənizdə, özəl bir şirkətə satılır və beynəlxalq hüquq pozulmur.

Qeyd edək ki, 2 milton barel neft daşıyan tanker təxmini 6 həftə boyunca Cəbəllütariq höküməti tərəfindən tutulan tankerin hərəkətinə icazə verilməmişdi. Gəmi avqustun 19-da sərbəst buraxılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR