Əhməd Davudoğlu istefa verdi

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyası üzvlüyündən istefa verdiyini açıqlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Davudoğlu bu qərarını bu gün Ankaradakı ofisində təşkil etdiyi mətbuat konfransında bildirib. Partiyanın quruluşundan etibarən ölkəyə böyük xidmətlər etdiyini vurğulayan Davudoğlu qeyd edib ki, ixrac tələbi ilə qarşı-qarşıya qalacaqlarını heç vaxt düşünməmişdi.

Son zamanlarda Partiya üzvlərinin dəyər və siyasətlərindən uzaqlaşdığını deyən keçmiş nazir həmçinin bildirib:

"Danışdıqlarımıza, açıqlamalarımıza və ifadələrimizə dürüst yanaşıldığı zaman heç bir təhqir, tənqid və təhdidin olmadığı görülür. Nazirlikdən istefa verdiyimiz zaman verdiyimiz əhdə hər zaman sadiq qaldıq. Sözlərimiz açıq, fikirlərimiz konkret, tövsiyyələrimiz səmimi idi". İxrac müddəti başladığı zaman bu qərarı gözlədiklərini deyən Davudoğlu Mərkəzi İntizam Qurumunun təbliğatlarını gördükdə kədər və utanc hissi yaşadıqlarını bidirib.

Qeyd edək ki, Davudoğlu ilə bərabər daha 5 nəfər və keçmiş millət vəkili Fəramuz Üstün də istefa edənlər arasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR