Əfsanəvi müğənni ağır xəstəliyə yoluxdu

Çexiya estradasının əfsanəsi Karel Qott leykemiyanın ən ağır formasına yoluxub. Bu barədə ifaçı özü məlumat verib.

Metbuat.az xəbər verir ki, müğənninin sözlərinə görə, o, onkoloji xəstəliklə ilk dəfə dörd il əvvəl rastlaşıb. Həmin vaxt o, intensiv müalicə kursu keçib və sağalıb.

"Təxminən il yarım əvvəl həkimlər məndə qan dövranının pozulmasını aşkarladı. Bir neçə ay əvvəl mənə leykemiyanın ağır forması diaqnozu qoyuldu", - Qott danışıb.

Hazırda müğənni Praqa xəstəxanalarının birində müalicə kursu keçir.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR