Neymar qayıdır

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 5-ci turunda sabah "Strasburq"la matçda oynayacaq.

Metbuat.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun baş məşqçisi Tomas Tuhel məlumat verib:

"Transfer dönəmi geridə qaldı. Kimlərlə yolumuza davam edəcəyimiz dəqiqləşdi. Neymar komandanın bir üzvüdür. O, artıq PSJ-yə köklənə bilər".

Qeyd edək ki, Neymar ölkə çempionatında bundan əvvəlki 4 turda oynamayıb. Onun bu yay "Barselona"ya qayıdacağı iddia olunurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR