ABŞ "11 sentyabr" terroru ilə bağlı gizli məlumatı PAYLAŞACAQ

ABŞ-ın Ədliyyə Nazirliyi “11 sentyabr” hadisələri ilə bağlı vacib məlumatlar paylaşacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. İddialara görə, terror qurbanlarının ailələrinin tələbləri əsasında hücumda əlaqəsi olan Səudiyyə Ərəbistanından olan yüksək rütbəli şəxsin adı paylaşılacaq. Bu məlumat hələlik sadəcə terror qurbanlarının ailələrinə vəkilləri vasitəyilə ötürüləcək.

Gizli sənədlərin ictimaiyyətə nə vaxt açıqlanacağı məlum deyil.

Qeyd edək ki, 2001-ci ildə təşkil olunan hücum zamanı 3 minə qədər insan həlak olmuşdu.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR